BolgeXeber.Com » Xəbərlər » Göyçayda karantin qaydalarını pozan şadlıq sarayının sahibi 4 min manat cərimələnib
Göyçayda karantin qaydalarını pozan şadlıq sarayının sahibi 4 min manat cərimələnib
11-10-2021, 11:40
Oxunub: 1 720
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı şadlıq sarayında və fərdi evlərdə keçirilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, yoxlama zamanı rayonun Çayarxı kəndində yerləşən “Göyçay” şadlıq sarayında təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi məlum olub. Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar obyekt sahibi Tərlan Cavadov inzibati məsuliyyətə cəlb edilərək 4000 manat məbləğində cərimələnib.
Rayonun Alxasava və Ləkçıplaq kəndlərində fərdi evlərin həyətyanı sahələrində keçirilən toy mərasimlərində isə 150 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub. Toy təşkilatçıları Ayaz Əkbərov və Şahid Şıxəliyev barəsində protokol tərtib edilib və hər biri 200 manat məbləğində cərimələnib.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər