BolgeXeber.Com » Xəbərlər » Şağandakı 124 nömrəli məktəbdə təşkilatçıdan şagirdə qarşı kobudluq-VİDEO

Şağandakı 124 nömrəli məktəbdə təşkilatçıdan şagirdə qarşı kobudluq-VİDEO

11-10-2021, 19:59
Oxunub: 2 544 Şağanda yerləşən 124 nömrəli məktəbin təşkilatçısı Sevinc xanımdan şikayət var. Belə ki, o 5 oktyabr müəllimlər gününə həsr olunmuş tədbirdə rəqs nömrəsi hazırlayan şagird İsrafilova Qənirə İsrail qızına qarşı kobud hərəkət edib, ona tərbiyəsiz deyib və onu hər kəs içərisində pərt edib. Şagirdi tanıyan şəxslər xeberchi.az-a bildirib ki, hal- hazırda şagirdin psixologiyası, əsəbləri pozulub. O məktəbə getmək istəmir. Hər kəsdən çox utanır.
Qarşı tərəfin də mövqeyini yayımlamağa hazırıq.
Bolgexeber.com