COVID xəstəsi xəstəxanadan qaçdı
12-10-2021, 11:42
Oxunub: 1 816
Şəkidə koronavirus xəstəsi müalicə aldığı müəssisəni tərk edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şəki şəhər Polis Şöbəsinə koronavirus xəstələri üçün nəzərdə tutulmuş səhiyyə müəssisəsində müalicə alan Oruc Musayevin nəzarətdən yayınaraq oranı tərk etməsi barədə məlumat daxil olub.
Keçirilən tədbirlərlə aktiv COVID-19 xəstəsi olan həmin şəxsin sağalmadan, qanunsuz olaraq xəstəxananı tərk etməsi və taksi ilə Zaqatalada yaşadığı ünvana gəlməsi müəyyən edilib.
Digərlərinin də sağlamlığına təhlükə yaradan O.Musayev barəsində Şəki şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər