Prezident: "Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı"
15-10-2021, 13:27
Oxunub: 1 608
"Müharibədən və Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən 1 il keçir. Münaqişədən sonrakı dövr ümumilikdə sakit məcrada keçir”.
Bolgexeber.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı bildirib.
"Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi. Azərbaycan Ermənistan ilə münaqişəni hərbi-siyasi yolla həll etdi”, - dövlət başçısı deyib.
O, ötən il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatla münaqişəyə son qoyulduğunu xatırladıb.
Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin hərbi əməliyyatların dayandırılmasındakı rolunu xüsusilə vurğulayıb və bunun hər iki tərəfdən çoxsaylı insan itkilərinin qarşısını aldığını söyləyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər