BolgeXeber.Com » Xəbərlər » Körpələrin ölümünə səbəb olan əsas xəstəliklər açıqlandı

Körpələrin ölümünə səbəb olan əsas xəstəliklər açıqlandı

15-10-2021, 15:53
Oxunub: 1 048 "Ən çox ağırlaşma və ölüm halları məhz yenidoğulma dövründə qeydə alınır”. 
Bunu Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rahimov deyib. 
O qeyd edib ki, həmin müddət körpələrdə daha çox tənəffüs və ürək problemləri müşahidə olunur: "Bir körpə nəfəsalmada çətinlik yaşayırsa, bu, tənəffüs probleminin əlaməti ola bilər. Yenidoğulma zamanı sarılıq problemləri də müşahidə olunur. Qıcolma, göyərmə və sidiyə çıxmaması təhlükə mənbəyidir”.