BolgeXeber.Com » Xəbərlər » Şahdağ milli parkında ov edənlər 4 000 manat cərimələndi

Şahdağ milli parkında ov edənlər 4 000 manat cərimələndi

15-10-2021, 19:30
Oxunub: 928 Şahdağ milli parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın İsmayıllı bölməsinin ərazisində ov edən şəxslər saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Bolgexeber.com-a bildirib ki, araşdırma zamanı brakonyerlərin İsmayıllı rayon sakinlərii Anar Musayev, Elçin Nağdıyev, Qismət Cəfərov və Şamo Nağdıyev olduğu müəyyən edilib və onlardan 2 ovlanmış Dağıstan turu götürülüb.

O qeyd edib ki, faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və onlar ümumilikdə 4000 manat məbləğində cərimələnib.