BolgeXeber.Com » Xəbərlər » Şəhid polkovnikin adından səhifə açıb pul yığırlar - RƏZİLLİK...

Şəhid polkovnikin adından səhifə açıb pul yığırlar - RƏZİLLİK...

27-10-2021, 16:22
Oxunub: 1 488 Sosial şəbəkələrdə şəhid polkovnik Babək Səmidlinin adından saxta səhifə açılıb.

Bu barədə hərbi bloqer Tofiq Şahmuradov paylaşım edib.

O bildirib ki, səhifə idarəçiləri şəhidlərə ehsan adı altında pul yığırlar:
“Bununla bağlı artıq hüquq-mühafizə orqanlarına şəhidin ailəsi tərəfindən müraciət olunub”.

O, vətəndaşları belə dələduzlara aldanmamağa çağırıb. //azerinfo.az//