BolgeXeber.Com » Xəbərlər » Son sutkada yoluxanların sayı açıqlandı

Son sutkada yoluxanların sayı açıqlandı

1-11-2021, 19:50
Oxunub: 1 160 Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1200 yeni yoluxma faktı qeydə alınıb, 1 174 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.
 
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 263 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 202 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 61 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 661 131, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 258 620, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 402 511 təşkil edir.