BolgeXeber.Com » Xəbərlər » Tərtərdə “Vətənpərvərlik: qazilik və şəhidlik” layihəsinin yekun tədbirini keçirib

Tərtərdə “Vətənpərvərlik: qazilik və şəhidlik” layihəsinin yekun tədbirini keçirib

8-11-2021, 14:39
Oxunub: 1 344 Tərtər rayon Heydər Əliyev Mərkəzi “Vətənpərvərlik: qazilik və şəhidlik” layihəsinin yekun tədbirini keçirib
Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon Heydər Əliyev Mərkəzi “Vətənpərvərlik: qazilik və şəhidlik” layihəsinin yekun tədbirini keçirib.
Tədbir bu zəfəri bizə qazandıran Şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutu ilə başlayıb.Daha sonra Azərbaycan Respublikasının dövlət Himni səsləndirilib.
Qeyd etmək istərdik ki, Tərtər rayon Heydər Əliyev Mərkəzi 11 iyun 2021-ci il tarixindən “Vətənpərvərlik: qazilik və şəhidlik” layihəsinə start vermişdir. Layihə çərçivəsində məqsədimiz Vətən müharibəsində Azərbaycanımızın ərazi bütövlüyü uğrunda hər zaman canlarından keçməyə hazır olan qəhrəman Tərtərin igid qazilərini ictimaiyyətə tanıtmaqdır. Qeyd edək ki, 44 günlük Vətən müharibəsində Tərtər rayonunun müxtəlif nahiyələrdən xəsarət alaraq sağlamlığına zərər dəymiş 60 ( altmış) qazisi var. Tərtər rayon Mədəniyyət Mərkəzinin böyük zalında keçirilən yekun tədbirdə Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayon nümayəndəsi Ceyhun İsmayılzadə , Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayon üzrə kuratoru Fərid Hacıyev , Tərtər rayon Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova çıxış ediblər. Bundan əlavə Tərtər rayon Heydər Əliyev Mərkəzinin hər bir əməkdaşı layihə ilə bağlı təəssürat və xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. Rayon qazilərimizin vətənpərvər ruhda olan çıxışları hər kəsi qürurlandırıb.
Tədbirin gedişatı zamanı qazilərimizlə 5 ay ərzində mərkəzdə keçirilən görüşlərdən hazırlanmış videoçaxr nümayiş edilib. Tədbirin yekununda xatirə şəkili çəkilib.