BolgeXeber.Com » Xəbərlər » Tərtərdə 8 Noyabr-Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib

Tərtərdə 8 Noyabr-Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib

8-11-2021, 18:00
Oxunub: 1 120 Rayonun Şıxarx qəsəbəsində şəhidlərin xatirəsinə yeni salınmış “Vətən bağı”nda keçirilən aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində yeni salınmış bağda 1200 ədəd yerli təbiətə uyğunlaşmış müxtəlif növ ağaclar əkilmişdir.