Borca görə polisə yalan danışdı, saxlanıldı
20-11-2021, 10:30
Oxunub: 1 432
Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində polisə yalan məlumat verən şəxs müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, Tovuz rayon sakini Daşqın Ələsgərov noyabrın 19-u səhər 06:30 radələrində Bərdə RPŞ-yə müraciət edərək rayon ərazisindəki "Mal bazarı" adlanan ərazidə olarkən iki naməlum şəxsin ona bıçaqla xəsarət yetirməsi və 11 min manat pulunu cibindən götürməsi barədə məlumat verib.
Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində D.Ələsgərovun 11 min manat məbləğində borclu olduğu, borcu qaytarmamaq üçün isə naməlum şəxslərin ona xəsarət yetirməsi və pulu qaçırması barədə yalan məlumat verdiyi müəyyən edilib. Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər