"Narkomaniyaya yox deyək!" -Salyanda maarifləndirici tədbir keçirilib -FOTO
21-11-2021, 10:30
Oxunub: 10 360
Salyan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonda yerləşən 2 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin əməkdaşları, pedaqoji heyət və yuxarı sinif şagirdləri iştirak ediblər.
Bolgexeber.com xəbər verir ki, görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Nəzər Əsgərov dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən, yaratdığı asılılıqdan, eləcə də mənəvi aşınmadan və digər fəsadlarından danışaraq, ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb. O, qeyd edib ki, narkotik vasitələrdən istifadə edənlərin heç bir uğurlu gələcəyi olmur, onlar cəmiyyətdən həmişə geridə qalır və aludəçilisi olduqları narkotik vasitələrin zərərli təsirlərin fəsadlarından qurtula bilmirlər. Gənclərimizi daha düzgün və uğurlu yola yönləndirmək isə biz valideynlərdən və əsasən də müəllimlərdən asılıdır. Cünki sağlam gələcək məhz yaxşı təhsil alan sağlam ruhlu, sağlam əqidəli gənclərdən asılıdır.
Sonra çıxış edənlər azyaşlıların erkən nikaha daxil olmaları barədə söz açaraq, bu cür halların gənc ailələrdə yaratdığı problemlərdən danışıblar. Tədbirdə iştirak edən valideynlər də bunun fəsadları haqda məlumat verərək, övladlarının həyatında təhsilin önəmi haqda fikirlərini bildiriblər.
Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər