Salyanda "avtoş"luq edən sürücülər saxlanılıb
25-11-2021, 10:28
Oxunub: 4 416
Salyan Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı nəqliyyat vasitəsini müvafiq sənədləri və sürücülük hüququ olmadan idarə edən sürücülər müəyyən edilib, onlarla profilaktiki söhbətlər aparılıb.
Bundan əlavə, tədbirlər zamanı avtomobildə konstruksiya dəyişikliyi edən 8 sürücünün nəqliyyat vasitəsi saxlanılaraq DYPB-nin müvəqqəti duracağına gətirilməsi təmin edilib.
Yol patrul xidmətinin əməkdaşları qayda pozuntusuna yol verən gənclərlə bir daha izahedici söhbətlər apararaq, yol hərəkəti qaydalarına ciddi riayət etməyin vacibliyi çatdırıblar. Qaydaları pozan sürücülər barəsində qanunamüvafiq tədbir görülüb və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər