Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanııb
5-01-2022, 10:09
Oxunub: 1 464
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müxtəlif növ narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində silsilə əməliyyatlar keçirilib. Keçirilmiş tədbirlərlə 9 nəfər tutularaq məsuliyyətə cəlb olunub və 6 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı Tülü kənd sakini Elşən Orucov saxlanılıb və şəxsi axtarış zamanı ondan marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə saxlanılan şəxsin narkotik vasitəni rayon sakini Şahmurad Bodurovdan, Ş.Bodurovun isə Gərəkli kənd sakini Ramazan Umayevdən 100 qramını 500 manata aldığı müəyyən edilib. Onların hər ikisi saxlanılıb və şəxsi axtarış zamanı qurudulmuş marixuana, eləcə də narkotik satışından əldə etdikləri pul aşkarlanaraq maddi sübut kimi götürülüb. R.Umayevin özünün nəzarətində olan,ancaq heç kimin yaşamadığı xalasının evinə baxış keçirilən zaman oradan 3 kq 635 qram marixuana aşkar edilib və qablaşdırılaraq götürülüb.
Polis əməkdaşlarının keçirdikləri növbəti əməliyyatlar zamanı isə rayon sakinləri, əvvəllər məhkum olunmuş Rasim Əliyev, Taleh Ömərov və Tural Ərbəşiyev saxlanılıblar. R.Əliyevdən 455, T.Ömərovdan 196 qram marixuana, T.Ərbəşiyevdən isə “patı” kimi tanınan psixotrop maddə metamfetamin aşkarlanıb.
Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə daha 3 nəfər – əvvəllər də eyni əmələ görə bir neçə dəfə məhkum olunmuş Saleh Bayramov, Samir Ayvazov və Səxavət Qədirov saxlanılıblar. Saleh Bayramovun Mahamalar kəndində yaşadığı ünvana baxış keçirilərkən istixanada, xəzəllərin arasında gizlətdiyi sellofan torbadakı 400 qrama yaxın qurudulmuş marixuana qablaşdırılaraq götürülüb. Digər iki nəfərin üzərinə baxış keçirilən zaman Samir Ayvazovdan heroin, Səxavət Qədirovdan isə 350 qram marixuana aşkarlanıb.
Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər