Salyan rayon sakinindən 10 kiloqram narkotik götürülüb - FOTO
6-01-2022, 11:25
Oxunub: 1 880
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Kərimbəyli kənd sakini Sadiq Rəhimov şübhəli şəxs qismində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı ünvana keçirilən baxış zamanı evin dam hissəsindən təmiz çəkisi 10 kilo 85 qram olan 104 ədəd sellofan bükümdə qablaşdırılmış marixuana və bir ədəd elektron tərəzi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Dindirilmə zamanı S.Rəhimov bir müddət öncə yaşadığı evin həyətyanı sahəsində 80 ədəd narkotik tərkibli bitkilər yetişdirdiyini, daha sonra isə onları qurudaraq satış məqsədi ilə sellofan torbalarda qablaşdırdığını etiraf edib.
Faktla bağlı Salyan RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər