BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda dəhşət: “Uşaq evində böyüyən 15 yaşlı ananın övladı da sığınacaqdadır”
Azərbaycanda dəhşət: “Uşaq evində böyüyən 15 yaşlı ananın övladı da sığınacaqdadır”
8-01-2022, 19:00
Oxunub: 472
Bakıda 4 ay öncə polis tərəfindən sığınacağa gətirilən körpənin anası ortaya çıxıb.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
Onun sözlərinə görə, məlum olub ki, aylar öncə uşağı polislə sığınacağa gətirən qadın elə onun anası idi:
"Körpəni 4 ay öncə "rəfiqəmin uşağıdır, anası həbs olunub” deyərək polislə birgə gətirib. Öz balasını yad uşaq kimi təhvil verib. Hələ 17 yaşı yeni tamam olub. Deməli, uşaq 2 il öncə doğulanda qadının 15 yaşı olub. Hamiləlik dövrü isə 14 yaşına təsadüf edir. 14 yaşında uşaq evindən çıxıb alkoqol aludəçisi olan anasının yanına gedib, bu isə nəticəsidir. Uşaq evində böyüyən uşağın körpəsi sığınacaqda böyüyür. Uşaq isə öz anasını heç tanımır. Fotodakı acıqlı baxışlarım 17 yaşlı anaya deyil, həyata baxışımdır”.
K.Ağazadə qeyd edib ki, təəssüf doğuran məqamlardan biri odur ki, ana sığınacağa uşağı götürmək üçün gəlməyib:
"Heç uşağı geri istəyən də yoxdur. Çünki ananın özünün dediyinə görə onu qorxudublar ki, sən azyaşlısan və uşaq dünyaya gətirdiyin üçün səni həbs edəcəklər”.
Çox Oxunanlar
- 17-05-2022, 11:26 : Salyan İcra Hakimiyyətinin başçısı Xıdırlı kəndində əhali ilə səyyar görüş keçirmişdir
Ölkə
- 12-05-2022, 09:43 : Düşmən Kəlbəcəri atəşə tutdu
Ölkə
- 13-05-2022, 09:46 : Əsəbi sakitləşdirən 12 qida - Hər gün üçünü yeyin
Xəbərlər
- 27-04-2022, 19:14 : Yardımlıda ŞOK HADİSƏ: Məktəb direktoru gözdən əlil şagirdi döyüb ağır xəsarətlər yetirdi
Xəbərlər
- 17-05-2022, 14:06 : Mədəniyyət Nazirliyindən YENİ QADAĞA – Bunlardan istifadə etmək olmaz!-VİDEO
Xəbərlər
- 19-05-2022, 16:22 : Hacıqabul rayon Heydər Əliyev Mərkəzininin əməkdaşları Şirvanda olmuşlar
Mədəniyyət
- 6-05-2022, 14:30 : “Eurohome”un fəaliyyəti məhdudlaşdırıldı - FOTO/VİDEO
Ölkə
- 27-04-2022, 19:02 : Bakı şəhərinə yeni prokuror təyin edilib
Xəbərlər
- 12-05-2022, 19:10 : Azərbaycanda topuq testinin tətbiqinə başlanılıb
Xəbərlər
- 12-05-2022, 14:58 : Azərbaycandakı dəhşətli qəza ilə bağlı - Rəsmi açıqlama
Ölkə