Yol polisindən hava ilə bağlı sürücü və piyadalara müraciət
13-01-2022, 12:10
Oxunub: 280
Yanvar ayının 14-15-də paytaxtda hava şəraitinin dəyişəcəyi və bəzi yerlərdə qar yağacağı ehtimal edilir.
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsi havanın qeyri-sabit keçəcəyini nəzərə alaraq yollarda meydana gələ biləcək yol qəzaları və müxtəlif xoşagəlməz hallarla bağlı sürücü və piyadaları ehtiyatlı olmağa çağırıb.
İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında deyib ki, yarana biləcək tıxacların qarşısının alınması üçün yol polisi gücləndirilmiş iş rejimində çalışacaq. Nəqliyyatın hərəkətinin sıx olduğu yerlərdə müvafiq tədbirlər həyata keçiriləcək:
"Sürücülərə sürətlə avtomobili idarə etməmələri, avtomobili sürət qutusunun köməyi ilə hərəkətə gətirmələri, yaxın vuran işıqlardan istifadə etmələri tövsiyə olunur. Sürücülərdən xahiş edirik ki, xüsusilə enişli-yoxuşlu yollarda diqqətli olsunlar, yuxarı sürət həddini seçməsinlər, mümkün qədər şəxsi avtomobillərdən yox, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər. Bununla yanaşı, piyadalar da səkilərlə, onlar üçün nəzərdə tutulmuş keçidlərlə hərəkət etməlidirlər", - deyə V.Əsədov bildirib.
Çox Oxunanlar
- 19-05-2022, 16:22 : Hacıqabul rayon Heydər Əliyev Mərkəzininin əməkdaşları Şirvanda olmuşlar
Mədəniyyət
- 17-05-2022, 11:26 : Salyan İcra Hakimiyyətinin başçısı Xıdırlı kəndində əhali ilə səyyar görüş keçirmişdir
Ölkə
- 12-05-2022, 09:43 : Düşmən Kəlbəcəri atəşə tutdu
Ölkə
- 13-05-2022, 09:46 : Əsəbi sakitləşdirən 12 qida - Hər gün üçünü yeyin
Xəbərlər
- 17-05-2022, 14:06 : Mədəniyyət Nazirliyindən YENİ QADAĞA – Bunlardan istifadə etmək olmaz!-VİDEO
Xəbərlər
- 6-05-2022, 14:30 : “Eurohome”un fəaliyyəti məhdudlaşdırıldı - FOTO/VİDEO
Ölkə
- 12-05-2022, 14:58 : Azərbaycandakı dəhşətli qəza ilə bağlı - Rəsmi açıqlama
Ölkə
- 12-05-2022, 19:10 : Azərbaycanda topuq testinin tətbiqinə başlanılıb
Xəbərlər
- 7-05-2022, 15:07 : Zorakılıq, zorlanma, ayrılıq... - Məktəbli qızları intihardan necə çəkindirək?
Müsahibə-Reportaj
- 16-05-2022, 17:44 : “AzerGold”un rəhbərliyinə gətirilən Mətin Eynullayev kimdir? - DOSYE
Gündəm