BolgeXeber.Com » Xəbərlər » Tərtərdə 20 yanvar Ümumxalq Hüzn gününə həsr olunmuş inşa müsabiqəsi keçirilib

Tərtərdə 20 yanvar Ümumxalq Hüzn gününə həsr olunmuş inşa müsabiqəsi keçirilib

15-01-2022, 09:30
Oxunub: 1 304 14 yanvar 2022-ci il tarixdə 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin, Tərtər rayon Təhsil şöbəsinin , Tərtər rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında Tərtər Uşaq Gənclər İdman Şahmat məktəbində “20 Yanvar – tarixin hüznlü və eyni zamanda qürur doğuran səhifəsi” adlı inşa yazı müsabiqəsi keçirilib.

Bolgexeber.com xəbər verir ki, müsabiqəyə rayonun 29 ümumtəhsil məktəblərinin şagirdləri qatılıblar.

Əvvəlcə azadlığımız,müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəvan Həsənov və Tərtər rayon Gənclər və İdman idarəsinin rəis müavini Şəhram Quliyev çıxış edərək xalqımıza qarşı törədilən xəyanətlərdən, amansız soyqırımdan danışaraq bu faciələrin başında xalqın demokratiya uğrunda olan həvəsini, azadlıq məfkurəsini qırmaq , xalqımıza mənəvi zərbə vurmaq məqsədi durduğunu qeyd edib.

Sonra müsabiqəyə start verilib. Bir akademik saat vaxt ayrılan inşa-yazı müsabiqəsinin nəticələri 17-18 yanvar tarixlərində müəyyən ediləcək. Qaliblər Gənclər və İdman idarəsi tərəfindən diplomları ilə təltif ediləcəklər.