Hacıqabulda “20 Yanvar faciəsinə Heydər Əliyev baxışı” adlı tədbir keçirilmişdir
19-01-2022, 11:12
Oxunub: 3 168
18 yanvar 2022-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində 1990-cı il 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə “20 Yanvar faciəsinə Heydər Əliyev baxışı” adlı tədbir keçirilmişdir. Tədbirdə rayon Heydər Əliyev Mərkəzinin, Uşaq və Ailələrin Dəstək Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşları, eləcə də rayon gəncləri – orta məktəb şagirdləri iştirak etmişlər. Heydər Əliyev Mərkəzinin direktoru Aytən İmanova tədbiri giriş nitqi ilə açdıqdan sonra, iştirakçılar şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Sonra söz 20 Yanvarın səbəb və nəticələrindən danışmaq üçün Mərkəzin baş fond mühafizi Məhəmməd İsayevə verilmişdir. Uşaq və Ailələrin Dəstək Mərkəzinin direktoru Aynur Əsədovanın 20 Yanvar faciəsindən ətraflı məruzə etməsinin ardınca Heydər Əliyev Mərkəzinin elmi işçisi Xanım Ağayeva “20 Yanvar və Heydər Əliyev” mövzusunda çıxış etmişdir. Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Həbib İbrahimov çıxışlara əlavələrini edərək, sözü 20 Yanvar mövzusundakı şeiri ifa etmiş Ləman və Aliyə Nəsirovalara vermişdir. Sonda 1990-cı il 20 Yanvar faciəsinə aid videomateriallar nümayiş etdirilmişdir.
Məhəmməd İsayev,
Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər