BolgeXeber.Com » Xəbərlər » Tərtərdə “20 yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş voleybol üzrə rayon birinciliyi keçirilib
Tərtərdə “20 yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş voleybol üzrə rayon birinciliyi keçirilib
20-01-2022, 10:16
Oxunub: 1 624
Yarış Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq 18-19 yanvar tarixlərində Seydimli kənd tam orta məktəbində Tərtər Uşaq Gənclər İdman Şahmat məktəbi və Tərtər rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Birincilikdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət himni səsləndirilib.
Sonra Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru Emin Quliyev çıxış edərək bildirib ki, 20 yanvar Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, xalqın milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin oyanışı günüdür. Qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə sovet qoşunlarının dinc əhaliyə qarşı törətdiyi qəddarlıq xalqımızda azadlıq əzmini zəiflətməyib, əksinə xalq haqq səsini daha ucadan bəyan edib. Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecə canlarından keçərək Şəhidlik zirvəsinə ucalıblar.
Yarış Uşaq Gənclər İdman Məktəbinin məşqçi-müəllimlərindən təyin edilmiş hakimlər tərəfindən idarə olunub.
Yarışda I yeri Seydimli kənd tam orta məktəbin “Zəfər” komandası, II yeri Qaraağacı kənd tam orta məktəbin “Qartallar” komandası, III yeri isə Şəhər 2 saylı məktəb-liseyin “Suqovuşan” komandası qazanmışdır.
Yekunda qalib komandalar Tərtər rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif ediliblər.






Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər