BolgeXeber.Com » Xəbərlər » Kəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verilib - VİDEO

Kəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verilib - VİDEO

21-01-2022, 10:09
Oxunub: 888 Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad edilən ərazilərdə xidmət edən hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam edir. Bolgexeber.com-a bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.





Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Kəlbəcər rayonunda yeni istifadəyə verilən modul tipli infrastrukturla tanış olub.

Bildirilib ki, hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını təmin etmək məqsədilə yataqxana, yeməkxana, ərzaq anbarı, silah otağı, hamam-sanitar qovşağı mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb.

General-leytenant N.Osmanov dövlət sərhədində sərt iqlim şəraitində döyüş növbətçiliyi aparan şəxsi heyətin maddi-texniki təminatı ilə maraqlanıb, onlara xidmətlərində uğurlar arzulayıb.