BolgeXeber.Com » Xəbərlər » Koronavirusa yoluxanların sayı yenidən artdı

Koronavirusa yoluxanların sayı yenidən artdı

22-01-2022, 19:19
Oxunub: 688 Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 268 yeni yoluxma faktı qeydə alınıb, 1 486 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 651 341 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 622 672 nəfər müalicə olunaraq sağalıb, 8 700 nəfər vəfat edib. 19 969 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 091, bu günə qədər isə ümumilikdə 6 134 952 test icra olunub.
 
Bu gün koronavirus əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Bir gündə 34 546 vaksin vurulub.

Belə ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 945, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 889, buster doza üzrə vaksinasiya olunanların sayı isə 29 712 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 971 021, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 228 014, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 740 859, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 002 148 təşkil edir.