BolgeXeber.Com » Xəbərlər » Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Qanunsuz ov edən şəxslər cəzalandırılıb

16-02-2022, 14:08
Oxunub: 1 656 Korçay Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Korçay Dövlət Təbiət Yasaqlığının ərazisində ov edən şəxslər saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Bolgexeber.com-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Gəncə şəhər sakinləri İlkin Əsgərov və İsmayıl Abbasov olduğu müəyyən edilib.

“Faktla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb”.