BolgeXeber.Com » Xəbərlər » Vilayət Eyvazov Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirdi

Vilayət Eyvazov Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirdi

22-02-2022, 16:39
Oxunub: 1 232 Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov DİN-in Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, V.Eyvazov xidməti fəaliyyətdə əsas diqqəti vətəndaşların təhlükəsizliyinin daha etibarlı qorunmasına, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının qətiyyətlə alınmasına, insan hüquq və azadlıqlarının qorunmasına, eyni zamanda şəxsi heyət arasında nizam-intizamın gücləndirilməsinə yönəltməyi tələb edib. 
General-polkovnik V.Eyvazov xidməti funksiyaların səmərəli həyata keçirilməsi üçün ölkə rəhbərliyi tərəfindən daxili işlər orqanlarına hərtərəfli şəraitin yaradıldığını, şəxsi heyətin dövlət qayğısı ilə əhatə olunduğunu qeyd edərək əmin olduğunu bildirib ki, Nazirliyin mühüm struktur qurumlarından olan Əlahiddə Çevik Polis Alayının şəxsi heyəti qanunla müəyyən edilmiş vəzifələri, qarşıya qoyulan bütün tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, göstərilən etimadı sədaqətli xidməti ilə doğruldacaq.