BolgeXeber.Com » Xəbərlər » Rusiyanın insan itkisi 4 500 nəfərə çatıb - Rus hərbi kolonu mühasirəyə düşüb

Rusiyanın insan itkisi 4 500 nəfərə çatıb - Rus hərbi kolonu mühasirəyə düşüb

28-02-2022, 09:26
Oxunub: 1 296 Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, müharibə ərzində Rusiya qoşunlarının şəxsi heyətinin itkisi təxminən 4 500 nəfər təşkil edib.
Xəbərdə qeyd edilir ki, məhv edilmiş və ya zədələnmiş təyyarələrin sayı 27 ədəd (dəqiqləşdirilir), helikopterlər 26 ədəd, tanklar - təxminən 150 ədəd, toplar təxminən 50-dir. Eləcə də BUK hava hücumundan müdafiə sistemləri - 1 ədəd, taktiki səviyyəli silahlar - 60 ədəd, gəmilər, qayıqlar - 2 ədəddir.

Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya Federasiyası aviasiya texnikası toplamaqda və xüsusi təyinatlıları aktivləşdirməkdə davam edir.

***

Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Makarov şəhəri yaxınlığındakı Rusiya texnikası karvanını əhatəyə alıb.

Bu barədə "Ukrayna Hərbi Televiziyası" məlumat yayıb. Televiziya bununla bağlı videogörüntünü də yayıb.

Qeyd edilir ki, Ukrayna hərbçiləri fevralın 28-də yerli vaxtla saat 00:00-dan sonra Kiyev vilayətinin Makarov şəhəri yaxınlığında düşmən texnikası karvanını əhatəyə alıblar.

"Bizim oğlanlar düşmən texnikası kolonunu əhatəyə aldılar. Rusiya "Qrad"ları və tankları gecələməyə qalxdılar. Və onlar mütləq rahat yatacaqlar", - xəbərdə deyilir. //report//