BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda dəhşətli qətl - Əmisi qızını öldürən gənc ələ keçdi

Azərbaycanda dəhşətli qətl - Əmisi qızını öldürən gənc ələ keçdi

28-02-2022, 12:00
Oxunub: 1 304 Şəmkir Rayon Prokurorluğu qadının qətli ilə bağlı məlumat yayıb.

Prokurorluqdan daxil olan məlumatda deyilir:

"Fevralın 27-si saat 11 radələrində 1998-ci il təvəllüdlü Aytac Piriyevanın aldığı xəsarətlərdən ölməsi barədə Şəmkir rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla Şəmkir rayonu İrmaşlı kənd ərazisində zərərçəkmişin əmisi oğlu 1998-ci il təvəllüdlü Piri Piriyevin şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Aytac Piriyevaya bıcaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Piri Piriyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".