BolgeXeber.Com » Xəbərlər » Bakıda gecə klubundakı partlayışda yaralananların son durumu açıqlandı

Bakıda gecə klubundakı partlayışda yaralananların son durumu açıqlandı

4-04-2022, 15:28
Oxunub: 1 560 Bakıda gecə klubundakı partlayışda yaralananların son durumu açıqlanıb.
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumatda bildirilir ki, hazırda xəstəxanalarda hadisə nəticəsində xəsarət alan 16 nəfər var.

Qeyd olunub ki, onlardan 13-ü dövlət tibb müəssisələrində müalicəsini davam etdirir: "Reanimasiya şöbəsində müalicə alan 7 nəfərdən 3-nün vəziyyəti kritikdir. Stasionarda müalicə alan digər 5 nəfərin vəziyyəti stabil ağır, 4-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Tibb mütəxəssisləri yaralıların ailələri ilə mütəmadi əlaqə saxlayaraq onları yaxınlarının sağlamlıq durumu barədə məlumatlandırır".

Xatırladaq ki, Səbail rayonu ərazisində yerləşən obyektdə baş verən partlayış zamanı ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib.