BolgeXeber.Com » Xəbərlər » “Bir ağac-min nəfəs” aksiyası davam edir-FOTO

“Bir ağac-min nəfəs” aksiyası davam edir-FOTO

4-04-2022, 18:33
Oxunub: 2 520
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  mətbuat xidmətindən Bolgexeber.com-a bildiriblər ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “ASAN xidmət” mərkəzlərinin birgə təşkilatçılığı ilə İmişli və Sabirabad “ASAN xidmət” mərkəzlərinin qarşısında vətəndaşlara ağac tingləri hədiyyə edilib:
"Ağac əkilməsinin təşviqi məqsədilə keçirilən tədbirdə könüllülər tərəfindən vətəndaşlara ərik, nar, xurma, alça, tuya tingləri təqdim edilib və onlara qulluq göstərilməsi qaydalarına dair məlumatlar verilib.
Aksiyalar Bakıda və bölgələrdə növbəti günlərdə də davam etdiriləcək. Əldə etdiyiniz tinglərin əkin şəkillərini sosial şəbəkələr vasitəsilə bizimlə bölüşə bilərsiniz".