Milli Məclis Bələdiyyələrin fəaliyyəti ilə bağlı illik məruzəni qəbul edib
5-04-2022, 14:26
Oxunub: 1 432
Milli Məclis Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini qəbul edib.Məruzə barədə ədliyyə nazirinin müavini Vilayət Zahirov məlumat verib.
Onun sözlərinə görə, keçən il yerli özünüidarəetmənin inkişafı, bələdiyyə fəaliyyətində qanunçuluğa əməl edilməsi istiqamətində tədbirlər Ədliyyə Nazirliyinin diqqət mərkəzində saxlanılıb.
O, nazirliyə daxil olan 80359 bələdiyyə aktının, o cümlədən bələdiyyələrin fəaliyyəti ilə bağlı 4504 müraciətin araşdırılması ilə bağlı görülən müvafiq tədbirləri, aparılan təhlilləri deputatların diqqətinə çatdırıb.
Nazir müavini qeyd edib ki, ötən dövrdə korrupsiya hüquqpozmalarına şərait yaradan hallar müəyyən edilərək onların aradan qaldırılması üzrə tədbirlər görülüb, bələdiyyələrin maarifləndirilməsi davam etdirilib, bələdiyyə işçilərinin peşəkarlığının artırılması diqqət mərkəzində saxlanılıb.
V.Zahirov daa sonra bildirib ki, yerli özünüidarəetmə sahəsində fəaliyyətin əlaqələndirilməsi istiqamətində Milli Məclislə sıx əməkdaşlıq aparılıb və bələdiyyələrlə bağlı deputatlar tərəfindən səsləndirilən təklif və fikirlər öyrənilib, onların nəzərə alınması üzrə tədbirlər görülüb.
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər