BolgeXeber.Com » Xəbərlər » ETSN gölün ərazisini zibilləyən şəxsə qarşı akt tərtib etdi

ETSN gölün ərazisini zibilləyən şəxsə qarşı akt tərtib etdi

7-04-2022, 15:47
Oxunub: 1 968 Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində, Müşfiqabad-Sumqayıt yolunun sağ tərəfində Daşagil gölünün yaxınlığında yerləşən əraziyə  tullantıların (təkər, salafan, karton və s.) atılması ilə  bağlı İdarəyə daxil olmuş məlumatda göstərilənlər əməkdaşlarımız tərəfindən yerində araşdırılmışdır.4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən Bölgə Tv-yə verilən məlumata görə araşdırma zamanı tullantıların qeyd olunan ünvanın yaxınlığında yerləşən təkər satışını həyata keçirən mağazada formalaşaraq həmin ərazidə toplanıldığı müəyyən edilmişdir. Araşdırma müddətində özünü mağazanın satıcısı kimi təqdim edən Fərid Zərbaliyev yazılı izahat verərək tullantıların onun tərəfindən töküldüyünü və vaxtaşırı onları poliqona təhvil verdiyini bildirmişdir. Tullantıların qalaqlanması faktı ilə bağlı Fərid Zərbaliyev barəsində akt və inzibati məsuliyyətə cəlb olunması üçün inzibati qaydada protokol tərtib edilmişdir. Araşdırma müddətində ərazi tullantılardan təmizlənilmiş və aidiyyatı üzrə poliqona təhvil verilmişdir. Ərazi tərəfimizdən nəzarətə götürülmüşdür.