BolgeXeber.Com » Xəbərlər » Səhiyyə naziri: "Maska qadağasının götürülməsi məsələsinə baxılır"

Səhiyyə naziri: "Maska qadağasının götürülməsi məsələsinə baxılır"

9-04-2022, 10:51
Oxunub: 1 400 Qapalı məkanlarda maska qadağasının götürülməsi ilə bağlı məsələyə baxılır.
Bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
O, vətəndaşları səbirli olmağa çağırıb.
"Aydındır ki, yoluxma sayları kəskin azalmaqdadır. Gündəlik hospitalizasiya sayları da sadə rəqəmlərlə ifadə olunur. Bütün bunları nəzərə alaraq məsələyə baxılır. Yəqin ki, müəyyən qərarlar veriləcək. Vətəndaşlarımızı səbirli olmağa çağırıram. 2 ildən ardıqdır davam edən pandemik marafon insanlarımızı normal həyatdan kifayət qədər uzaqlaşdırıb. Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın rəsmi qərarını gözləməyə çağırıram" - deyə nazir bildirib.