BolgeXeber.Com » Xəbərlər » Prezidentdən Güləş Federasiyası ilə bağlı SƏRƏNCAM

Prezidentdən Güləş Federasiyası ilə bağlı SƏRƏNCAM

9-04-2022, 15:45
Oxunub: 1 744 Prezident İlham Əliyev Azərbaycan Güləş Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb.

Bolgexeber.com xəbər verir ki, sərəncamla böyüklər arasında sərbəst və yunan-Roma güləşçilərinin komanda hesabında Azərbaycan millisinin 2022-ci il Avropa çempionu olması ilə əlaqədar 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Güləş Federasiyasına 1 milyon manat ayrılıb.