BolgeXeber.Com » Xəbərlər » Yevlaxda kənd sakini torpaq üstündə döyüldü

Yevlaxda kənd sakini torpaq üstündə döyüldü

10-04-2022, 10:38
Oxunub: 1 712 Yevlax rayonunda mübahisə əlbəyaxa dava ilə bitdi .

Bölgə Tv-nin Qarabağ üzrə bölgə müxbiri xəbər verir ki, hadisə  axşam saatlarında Qaraməmmədli kəndində baş verib.

1990-cı il təvəllüdlü kənd sakini Namazov Əli Eyvaz oğlu torpaq üstündə həmkəndlisi ilə mübahisə edib. Daha sonra tərəflər arasında baş vermiş dava zamanı Ə.Namazov çoxsaylı xəsarərlər alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparıllr.