BolgeXeber.Com » Xəbərlər » Oqtay Şirəliyevin oğluna vəzifə verildi - FOTO

Oqtay Şirəliyevin oğluna vəzifə verildi - FOTO

11-04-2022, 13:35
Oxunub: 1 984 “Azərsığorta” şirkətinin (Azərbaycan Dövlət Kommersiya şirkəti) rəhbərliyinə yeni təyinat olub.
APA-nın əldə etdiyi məlumata görə, Murad Şirəliyev “Azərsığorta”nın İdarə Heyəti sədrinin müşaviri təyin edilib.
Murad Şirəliyev məlumatı təsdiqləyib.
Qeyd edək ki, Murad Şirəliyev 2000-2015-ci illərdə “Kapital Bank” ASC-nin İH-nin üzvü və sədr müavini, 2015-ci ildən 2018-ci ilə kimi isə “Azərbaycan Beynəlxalq Bankı” ASC-də İH sədrinin müavini vəzifəsində çalışıb.
O, sabiq səhiyyə naziri Oqtay Şirəliyevin oğludur.