BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda toyuq əti bahalaşdı - VİDEO

Azərbaycanda toyuq əti bahalaşdı - VİDEO

7-04-2022, 10:20
Oxunub: 1 008 Tələbatın yüksək olduğu quş əti məhsullarında bahalaşma müşahidə edilir.
Bolgexeber.com xəbər verir ki, Xəzər TV bu barədə süjet hazırlayıb.
Satıcılar bahalaşmanın səbəbini sözügedən məhsulları gətirən firmaların təyin etdiyi qiymətlərlə əlaqəndirirlər.
Gündəlik tələbat malları arasında xüsusi yer tutan toyuq ətinin qiyməti artıb. Satıcılar deyirlər ki, hazırda bu məhsul ötən aylara nisbətən 1-2 manat arasında bahalaşıb.
Bəzi satıcılar isə firmaların əvvəlki kimi toyuq gətirmədiyini deyirlər. Ya sayı çox az gəlir, ya da ümumiyyətlə günlərlə gəlmir.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası da bahalaşmanın olduğunu təsdiqləyib. Qurumun rəhbəri Mürvət Həsənli bildirib ki, toyuq məhsullarının bahalaşması yalnız yemlə əlaqəli deyil.
Mürvət Həsənli onu da əlavə edib ki, yemin bahalaşması daha çox Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədardır. Buna görə hər iki ölkə ixraca müəyyən məhdudiyyətlər qoyub. Hətta Argentina da soya satışına limit tətbiq edib.