İcra başçısı vətəndaşları qəbul edib
19-04-2022, 19:17
Oxunub: 2 120
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov əvvəlcə şəhid ailələri və qaziləri, sonra isə digər vətəndaşları qəbul edib .
Qəbula gələn digər vətəndaşlar Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyan, təmir-bərpa işlərinin düzgün aparılmaması, işlə, aprel ayının 12-də güclü küləyin törətdiyi fəsadlarla, suvarmada rastlaşdıqları çətinliklərlə, su arxlarının təmizlənməsi, yeni subartezian quyusunun qazılması ilə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara izahatlar verilib.
Rayon rəhbəri təbbi fəlakətlər zamanı sakinlərin əmlaklarına dəymiş ziyanın ödənilməsi üçün vətəndaşlara şəxsi mülklərini sığorta etdirməyi tövsiyə edib.
Qəbulda müraciət edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.



















Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər