BolgeXeber.Com » Xəbərlər » Bakıda 15 yaşlı oğlan anasını belə öldürüb - TƏFƏRRÜATLAR - VİDEO

Bakıda 15 yaşlı oğlan anasını belə öldürüb - TƏFƏRRÜATLAR - VİDEO

21-04-2022, 09:39
Oxunub: 1 896 Bakıda 15 yaşlı yeniyetmə 36 yaşlı anasını küçədə insanların gözü önündə bıçaqlayaraq qətlə yetirib.

Bolgexeber.com xəbər verir ki, ağır cinayət günorta saatlarında paytaxtın Nizami rayonu metronun ''Neftçilər'' stansiyasının yaxınlığında qeydə alınıb.

Rayon prokurorluğundan verilən məlumata görə, 36 yaşlı Sevinc Məhərrəmovanın aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib araşdırmalara başlayıblar

Şahidlərin sözlərinə görə, 15 yaşlı məktəbli, cinayəti törətdikdən sonra ərazidən qaçıb.

Aparılmış ilkin araşdırmalarla 15 yaşlı oğlanın qısqanclıq zəminində anası Sevinc Məhərrəmovaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb. Yeniyetmə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.