BolgeXeber.Com » Xəbərlər » Bərdədə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü geniş qeyd edilmişdir
Bərdədə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü geniş qeyd edilmişdir
10-05-2022, 13:56
Oxunub: 2 968
Bərdə rayonunda müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, Qarabağ Regional Təhsil İdarəsinin rəisi Gündüz Əbdülov, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Mövsümova, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri və YAP fəalları Ulu öndərin abidəsini ziyarət etmiş, abidənin önünə tər gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirmişlər. Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sukutla yad edilmişdir.
İştirakçılar rayon UGİM-in təşkil etdiyi “Ulu öndər Heydər Əliyev -99” adlı sərgi ilə tanış olmuşlar.
Sonra Heydər Əliyev Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxış keçirilmişdir. Burada Ulu öndərin geniş və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən məlumatlar əsas yer tutmuş, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmlənməsində, əbədi və dönməz olmasında göstərdiyi tarixi xidmətlərindən, Yeni Azərbayan Partiyası ilə bağlılığından, bu gün Heydər Əliyev siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qüdrətli dövlətə çevrilməsindən, 44 günlük Vətən müharibəsində müzəffər ordumuzun qazandığı tarixi Qələbədən danışılmışdır.
Tədbir Bərdə Regional Mədəniyyət İdarəsi Mədəniyyət evinin hazırladığı konsert proqramı ilə davam etmişdir.
Sonra Ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə Bərdə rayonunda ağacəkmə aksiyası keçirilmişdir.












Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər