Müəllim şagirdə məktəbdə zərbə vurubmuş - AÇIQLAMA
12-05-2022, 18:30
Oxunub: 4 544
Paytaxtdakı 27 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdinin (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) müəllimi tərəfindən döyülməsinə dair məsələ Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırılıb.Bolgexeber.com xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
Qurumdan qeyd edilib ki, araşdırma zamanı məlum olub ki, 14.04.2022-ci il tarixində tənəffüs zamanı sözügedən məktəbin müəllimi ilə 11-ci sinif şagirdi arasında yaranmış mübahisə müəllimin şagirdə zərbə vurması ilə nəticələnib:
“Müəllim baş vermiş hadisə barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə məlumat verib. Həmin məsələ ilə bağlı hazırda hüquq-mühafizə orqanlarında araşdırma aparılır”.
“Bundan əlavə, ümumi təhsil müəssisəsində müəllim-şagird münasibətlərinin qarşılıqlı hörmət əsasında qurulması, təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən mübahisə və münaqişələrə yol verilməməsi, yaranmış anlaşılmazlığın konstruktiv həll edilməsinə səy göstərilməsi istiqamətində müəssisə rəhbərliyi tərəfindən aidiyyəti şəxslərlə birlikdə müvafiq iş aparılıb. Müəllimlə şagird arasında yaranan anlaşılmazlıq aradan qaldırılıb və tərəflər qarşılıqlı olaraq narazılıqlarının olmadığını bildiriblər”, - deyə əlavə edilib.
Qeyd edək ki, bir müddət əvvəl uşağı Xətai rayonu 27 saylı orta məktəbdə təhsil alan valideyn redaksiyamıza müraciət ünvanlayaraq, təhsil müəssisəsinin “Coğrafiya” fənni üzrə müəllimi Kənan Həsənovun 11 “c” sinif şagirdini səbəbsiz olaraq təhqir etdiyini bildirib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər