BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda koronavirusa 4 yeni yoluxma faktı qeydə alındı

Azərbaycanda koronavirusa 4 yeni yoluxma faktı qeydə alındı

14-05-2022, 16:54
Oxunub: 3 064 Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 668 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 904 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 55 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 782, bu günə qədər isə ümumilikdə 6 850 674 test icra olunub.