Təbiətə zərər vuranlara cinayət işi açıldı
17-05-2022, 13:30
Oxunub: 3 944
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların ərizələri, kütləvi informasiya vasitələri və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Ağdaş, İsmayıllı, Şəki və Füzuli rayonlarının ərazilərində qanunsuz ağackəsmə, Xaçmaz rayonunda isə qanunsuz balıqtutma faktları ilə bağlı araşdırma aparılıb.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Quşencə bələdiyyəsinin ərazisində, həmçinin “Xurcan düzü”ndə və Köndələn çayın sahilində ağackəsmə üçün müvafiq icazə olmadan, eyni zamanda Kiş meşəbəyliyində meşə fonduna aid olan ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə ümumilikdə 29 min manat ziyan dəyib.
Həmçinin, Xaçmaz rayonu ərazisindən Xəzər dənizinə daxil olaraq qabaqcadan əlbir olan bir qrup şəxsin özüüzən nəqliyyat vasitəsindən istifadə etməklə “nərə” və “Xəzər qızılbalığı” cinsli balıqların qanunsuz tutulması nəticəsində xeyli miqdarda ziyan vurulması müəyyən edilib.
Göstərilən faktlar üzrə Cinayət Məcəlləsinin 256.3 (qabaqcadan əlbir olan bir qrup şəxs, yaxud mütəşəkkil dəstə tərəfindən balıq və digər su bioresurslarını qanunsuz tutma), 259.1, 259.2.4 (qanunsuz ağackəsmə) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti rayon prokurorluqlarına və daxili işlər orqanlarına göndərilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər