BolgeXeber.Com » Xəbərlər » Bakıda məktəbdə şagird bıçaqlandı - Saxlanılan var

Bakıda məktəbdə şagird bıçaqlandı - Saxlanılan var

19-05-2022, 11:00
Oxunub: 3 256 Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma hadisəsi baş verib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbdə qeydə alınıb.

Məktəbin şagirdi, 2007-ci il təvəllüdlü oğlan münaqişə zəminində 2008-ci il təvəllüdlü digər şagirdə bıçaqla xəsarətlər yetirib. Qol və bud nahiyəsindən xəsarətlər alan şagird xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib.

Hadisəni törətməkdə şübhəli bilinən məktəbli saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.