BolgeXeber.Com » Xəbərlər » Bu telefonlarda "Whatsapp" işləməyəcək: Təcili dəyişin

Bu telefonlarda "Whatsapp" işləməyəcək: Təcili dəyişin

23-05-2022, 11:24
Oxunub: 2 952 "WhatsApp" messencerinin tərtibatçı komandası iOS 10 və iOS 11 platformasında çalışan "iPhone" smartfonlarında tətbiqin dəstəyini dayandırırlar.

24 oktyabr 2022-ci il tarixindən etibarən "WhatsApp" iOS 10 və iOS 11 əməliyyat sistemli cihazlarda dəstəklənməyəcək.

Belə ki, iOS 12 minimum tələb olunan əməliyyat sistemi kimi qeyd olunur.

Beləliklə, "WhatsApp" artıq "iPhone" 5 və "iPhone" 5C smartfonlarında çalışmayacaq, çünki iOS 12 həmin cihazlar üçün mövcud deyil.