BolgeXeber.Com » Xəbərlər » Əfv Komissiyasının iclasları başa çatıb, siyahı Prezidentə təqdim ediləcək

Əfv Komissiyasının iclasları başa çatıb, siyahı Prezidentə təqdim ediləcək

23-05-2022, 18:07
Oxunub: 3 088 Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.
Bununla da Komissiyanın iclasları başa çatıb.
Belə ki, bugünkü iclasda 100-dən çox müraciətə baxılıb. Bununla da ümumilikdə iclaslarda 600-dən çox müraciətə baxılıb.
Yekun siyahı Prezident İlham Əliyevə təqdim olunacaq. Dövlət başçısının  28 May – Müstəqillik Günü münasibətilə bayram ərəfəsində əfv sərəncamı imzalayacağı gözlənilir.