Tərtərdə Vətən müharibəsi şəhidi Qənbərli Qənbərin il mərasimi keçirilib
24-05-2022, 09:41
Oxunub: 3 272
Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, sakinlər, din xadimləri iştirak ediblər.
Bolgexeber.com xəbər verir ki, əvvəlcə şəhidin məzarı ziyarət edilərək üzərinə gül-çiçək dəstələri düzülüb. Şəhidlərin ruhuna dualar oxunub.
İl mərasimində Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində şücaətindən, Qənbər Qənbərlinin həyat və döyüş yolundan danışılıb. Bildirilib ki, Qənbərli Qənbər Bəhruz oğlu 1993-cü il sentyabrın 10-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Azərbaycan Ordusunun baş leytenantı Qənbər Qənbərli işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə sentyabrın 27-də şəhid olub. Uzun müddət nəşi tapılmayıb. 2021-ci il mayın 22-də nəşi tapılaraq Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda" və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.








Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər