“Moderna” meymunçiçəyinin peyvəndini hazırlayır
25-05-2022, 01:45
Oxunub: 3 240
COVID-19-a qarşı təsirli peyvənd istehsalı ilə tanınan “Moderna” şirkəti meymunçiçəyi xəstəliyinə qarşı vaksinin hazırlanmasına başladığını elan edib.
Şirkət bu barədə tviterdəki səhifəsində məlumat yayıb.
“Biz 2022-ci ilin mart ayında patogenlərə qarşı mübarizə proqramının genişləndirilməsini elan etdiyimizə və meymunçiçəyi xəstəliyi qlobal ictimai sağlamlıq baxımından əhəmiyyət kəsb etdiyinə görə, potensial virusun peyvəndini klinikaöncəsi səviyyədə araşdırırıq”, – məlumatda deyilir.
Şirkət peyvəndin hazırlığının hansı mərhələdə olduğunu hələ açıqlamayıb. Lakin bu, ilk məqsədyönlü meymunçiçəyi peyvəndi ola bilər.
Xatırladaq ki, Epidemiyaya Hazırlıq İnnovasiyaları Koalisiyasının (CEPI) icraçı direktoru Riçard Hatçett artıq meymunçiçəyi xəstəliyinə qarşı iki effektiv peyvəndin olduğunu bildirib. Bunlar çiçək xəstəliyindən qoruyan vaksinlərdir. Hər iki patogen eyni qrupa aiddir və bir-birinə kifayət qədər yaxındır.
Meymunçiçəyinin əlamətləri qabarıq səpki, qızdırma, əzələ və baş ağrılarıdır. Bu xəstəlik daha az ölümcül olur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər