Türkiyədə öldürüldüyü deyilən azərbaycanlı aktyor sağ imiş
25-05-2022, 13:21
Oxunub: 3 504
Xəbər verdiyimiz kimi, dünən İstanbulda yaşayan soydaşımız, aktyor Kamran Dadaşzadənin başından güllə yarası alaraq öldürülməsi barədə xəbərlər yayıldı.
Aktyorun ailə dostu, Türkiyədə fəaliyyət göstərən Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin rəhbəri yazıçı Aygün Həsənoğlu Lent.az-a bildirib ki, Kamran Dadaşzadə hazırda Cərrahpaşa xəstəxanasında reanimasiya şöbəsindədir.
“Adətən, bu cür cinayət hadisələrində xəstəxanalar məlumat vermirlər. Ailəsi bizə bildirib ki, Kamran Dadaşzadənin beyin ölümü gerçəkləşib. O hazırda cihaza bağlı vəziyyətdədir. Həkimlər son ümid kimi bir dərmandan istifadə ediblər. Bu gün dərmana reaksiya verib-verməyəcəyi məlum olacaq. Reaksiya verərsə, onun yaşayacağına ümid yaranacaq. Möcüzə gözləyirik”,- deyə Aygün Həsənoğlu qeyd edib.
Xatırladaq ki, İstanbulda, Fatih bölgəsində mayın 23-də iki qrup arasında atışma nəticəsində biri polis olmaqla yeddi nəfər yaralanıb. Bunlardan biri də Kamran Dadaşzadə olub.
Təsadüf nəticəsində hadisə yerində olan K.Dadaşzadə başından güllə yarası alıb.
1969-cu ildə Sumqayıtda anadan olmuş Kamran Dadaşzadə Azərbaycan Dövlət İncəsənət Universitetinin məzunu idi. Sumqayıt Dövlət Dram Teatrının aktyoru olub. İllər öncə Musiqili Komediya Teatrının xor kollektivində çalışıb. Lakin onu aktyor kimi qəbul etməyiblər.
Türkiyədəki aktyorluq fəaliyyəti müddətində “Kurtlar Vadisi”, “Savaşçı”, “Kardeş Payı” kimi seriallarda, həmçinin 2018-ci ildə yayımlanan “Servet” serialında rol alıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər