BolgeXeber.Com » Xəbərlər » DSX-nin baş çavuşu intihar etdi

DSX-nin baş çavuşu intihar etdi

26-05-2022, 19:35
Oxunub: 2 264 Mayın 26-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Horadiz sərhəd dəstəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Şirəliyev Canmirzə Çingiz oğlu xidmət yerindən kənarda intihar edib.Bu barədə  DSX-dən bildirilib.
"İlkin olaraq intiharın hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi ehtimal edilir. Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir", - məlumatda deyilir.