Bakıda yanmış meyiti tapılan qadın müəllim öldürülübmüş... - Təfərrüat
27-05-2022, 14:29
Oxunub: 3 176
Bakıda yanğın nəticəsində öldüyü bildirilən qadının əslində qətlə yetirildiyi məlum olub.
“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, mayın 26-da səhərə yaxın saat 4 radələrində Lökbatan qəsəbəsi Yunis Mirzəyev küçəsi bina 4, mənzil 12 ünvanında yanmış meyiti tapılan Xuraman Həsənovanın ölümünün qəsdən törədilməsi üzə çıxıb. Aparılmış ilkin araşdırmalar nəticəsində X.Həsənovanın meyiti üzərində zorakılıq əlamətləri və xəsarətlər aşkar edilib. Hazırda qətlin kim tərəfindən törədilməsinin müəyyən edilməsi istiqamətində iş aparılır.
İlkin ehtimala görə, qətl tamah məqsədilə törədilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə iş açılıb.
Qeyd edək ki, 1961-ci il təvəllüdlü Xuraman Həsənova Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 139 saylı orta məktəbin ibtidai sinif müəlliməsi olub.
Bildirilib ki, tək yaşayan X.Həsənova hadisədən bir neçə gün əvvəl Türkiyədən qızının toyundan qayıdıb.
Ailə üzvləri evdəki yanğının iz itirmək məqsədilə törədildiyini, mənzildə X.Həsənovaya məxsus pul və qızılların yoxa çıxdığını qeyd ediblər.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər