İcra başçısı Evoğlu kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
28-05-2022, 16:43
Oxunub: 4 984
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Evoğlu kənd tam orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbin kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
464 şagird-yerlik Evoğlu kənd tam orta məktəbi Vətən müharibəsindən sonra 2020-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunub.
Məktəbdə görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsini, valideyinlərlə sıx əlaqə saxlanmasını, valideyin komitələrinin bu işə cəlb olunmasını tövsiyə edib.
Məktəbdə Şəhid adları verilmiş siniflərdə olan icra başçısı şagirdlərlə səmimi görüşərək, onlara torpaqlarımızın ərazi bütövlüyü uğrunda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında geniş məlumat verib. O, şəhidlərin qısa, ancaq hər kəsə örnək olan həyatlarından və döyüş şücaətlərindən danışıb, şagirdlərə dərslərində uğurlar arzulayıb.






Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər